Xalq artisti Brilliant Dadaşovanın bacısı oğluna hökm oxunub. Bu barədə Report oktyabrın 6-da məlumat yayıb.
Belə ki, narkotik vasitələrin satışında ittiham olunan Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyevə isə 13 illik cəza verilib.
Qeyd edək ki, sözügedən şəxs Lalə Dadaşovanın oğludur. Onun digər oğlu isə 2015-ci ildə xəstəlikdən dünyasını dəyişib.