Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib. Bu barədə 31 iyul tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
29 iyul tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi planlaşdırılan müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan texniki səbəblərdən 1 avqust tarixinə keçirilib.
İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.