Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb. Bu barədə 14 avqust tarixində Report məlumat verib.
Hadisə avqustun 13-də baş verib. Həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.