Xocalıda traktor minaya düşüb. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 24 avqust tarixində məlumat verir.
Avqustun 24-ü saat 11:30 radələrində rayonun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 traktor tank əleyhinə minaya düşüb.
Partlayış nəticəsində 37 yaşlı Əfqan Ələkbərov xəsarət alıb.
Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.