Xocasən qəsəbəsində “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası keçirilib. Bu haqda aprelin 9-da Report məlumat yayıb.
Aksiya IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib. 3 hektar ərazidə 2000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.
Kampaniya zamanı ölkənin regionlarında yaz-payız əkin mövsümləri müddətində yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub. Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaqdır.