Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb. Bu barədə Report 1 avqust tarixində xəbər verib.
Nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.
Lakin bənövşəyi xəttin "Avtovağzal - 8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.
Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.