Bu gün Xocasən qəsəbəsində “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Bu haqda Report məlumat yayıb.
Aksiya zamanı 2 hektar ərazidə 1000-dən çox eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, “Yaşıl Marafon” Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.