Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb. Bu barədə oktyabrın 18-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayonun Binə kəndi ərazisində Göygöl rayon sakininin idarə etdiyi avtomobil saxlanılıb. Yoxlama zamanı iki nəfər sərnişinin müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar aşkar edilərək götürülüb.