Xocavəndin Böyük Tağlar kəndi ərazisinə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb. Bu barədə noyabrın 21-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Yoxlamalar zamanı müəyyən edilib ki, saxlanılan avtomobildə olan sərnişinin işğaldan azad edilən ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olmayıb. Eyni zamanda avtomobildən 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub.