Xocavənddə silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayonun Üçtəpə adlanan ərazisində ermənilərin tərk etdikləri mövqelərdən 4 pulemyot, 3 qumbaraatan, 1 tank əleyhinə idarə olunan raket, 40 daraq, 3500 müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.