Xocavənd rayon Üçtəpə adlanan ərazisində silah-sursat aşkarlanıb. Bu barədə oktyabrın 11-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, ərazidə 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilib.