Xudatda ayrı-ayrı vaxtlarda silsilə oğurluqlar edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Report aprelin 15-də Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
O, ərzaq mağazalarından pul, ümumi 1 710 manat dəyərində siqaretlər və danışıq kartları oğurlayıb. Həmçinin saxlanılan şəxs avtomobil təmiri sexindən ümumilikdə 2 400 manat pul oğurlayıb.
Faktla bağlı cinayət işi açılıb.