Kriminal hadisələrin qarşısını almaq üçün yaşayış binalarına yeni tələb qoyulur. Bu haqda yanvarın 12-də Trend məlumat yayıb.
"Yaşayış binaları. Layihələndirmə normaları" qərarına əsasən binanın gözətçi otağı elə yerləşdirilməlidir ki, oradan vestibülün giriş qapısına, liftə və pilləkənə aparan keçidə vizual baxış təmin olunsun. Həmçinin gözətçi otağının yanında sanitar qovşaq olmalıdır.