Bu ilin 11 ayı ərzində istehlakçıların hüquqlarının pozulması ilə bağlı 4 500-ə yaxın müraciət daxil olub. Bu haqda 20 dekabr tarixində Report Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədova istinadən xəbər verib.
Sahib Məmmədov bildirib ki, istehlakçıların müraciətləri əsasında 330 min manatlıq tələb təmin olunub.
Onun sözlərinə görə, əsasən şikayətlər məişət mallarının keyfiyyəti və müqavilə şərtlərininn yerinə yetirilməməsi ilə əlaqəli olub.