Yardımlıda 40 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülərək xəsarətlər alıb. Bu barədə yanvarın 10-da Report məlumat verib.
Yaralı xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, ona sol tərəfli qabırğaların sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma davam edir.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.