Yardımlıda avtomobilin dərəyə aşması nəticəsində ölüm hadisəsi qeydə alınıb. Bu barədə Report 22 avqust tarixində xəbər verir.
Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.
Həmin kənd sakini, 57 yaşlı İlqar Zeynalov idarə etdiyi "UAZ” markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Seymur Zeynallı və İsmət Zeynallı xəsarətlər alıblar. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.