Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə aprelin 11-də APA xəbər yayıb.
Məlumata görə, 43 yaşlı sakin qəbiristanlıqda naməlum şəxslə dava zamanı bıçaqlanıb. Xəsarət alan döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.