Paytaxtın Yasamal rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda aprelin 6-da APA xəbər yayıb.
Abbas Mirzə Şərifzadə prospekti ilə Nazim Hikmət küçəsinin kəsişməsində “KİA” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil beton yolayrıcına çırpılıb. Sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.