Bu ilin əvvəlindən “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı” çərçivəsində 461 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. Bu barədə 8 aprel tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Məlumata görə, onların bir hissəsi ilə əmək müqavilələri bağlanıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir. Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.
Qeyd edək ki, 2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 219 işəgötürənlə əməkdaşlığa başlanıb. Layihə çərçivəsində artıq 700 nəfər işlə təmin edilib.