"New Line" kinostudiyası "Mumiya" qorxu filminin yeni versiyasının çəkilişlərinə başlayır.
İnsanoid.com xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru məşhur "Evil Dead Rise" filminin rejissoru Li Kronin olacaq.
Qeyd olunur ki, "Mumiya" 17 aprel 2026-cı ildə tamaşaçılara təqdim olunacaq. Filmin çəkilişləri isə 2025-ci ilin birinci yarısında başlayacaq.
Müəlliflər qeyd edir ki, bu film "Universal"a məxsus olan "Mumiya" franşizasının remeyki deyil, tamamilə orijinal film olacaq.