Prezidentin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir.
Sərəncama əsasən əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.
Pensiya və sosial müavinət artımı isə 450 min şəxsin ödənişinin artırılmasına imkan verəcək.
Sərəncama əsasən, təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sosial ödəniş artımı, həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələrə də şamil olunacaq.
Ümumilikdə sərəncam 1 milyon 800 min vətəndaşı əhatə edəcək.