Şamaxıda özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs vətəndaşlardan 12 min manat pul ələ keçirdib. Bu haqda oktyabrın 19-da DİN məlumat verib.
Vətəndaşların polisə müraciəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən Ağsu sakini şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, heç bir dövlət qurumunda çalışmayıb. Zərərçəkmişlərin ikisini tələbə kimi texnikuma, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə pulları mənimsəyib.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar hallarla qarşılaşdıqda DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermək olar.