Zərdabda 57 yaşlı kişi intihar edib. Bu barədə 24 mart tarixində Report məlumat verib.
Belə ki, 1965-ci il təvəllüdlü rayon sakini yaşadığı evin həyətində özünə qəsd edib.
Məlumata görə, intiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.