Cari ildə Zərdab rayonunda 7 202,3 ton pambıq yığılıb. Bu barədə 8 dekabr tarixində Rayonun icra hakimiyyətinə istinadən Azərtac məlumat verib.
Məlumatda deyilir ki, rayonda 3 070 hektar ərazidə pambıq əkilib. Məhsul yığımı hal-hazırda davam edir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinə əsasən, 2020-ci ildə Zərdabda 2 520 hektar ərazidən 7 687 ton məhsul yığılıb.