Müdafiə Naziri Zakir Həsənov Kəlbəcərə gedib. Bu barədə arelin 7-də Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub. Daha sonra general-polkovnik Z. Həsənov hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib.