Zaqatalada yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə 20 avqust tarixində APA məlumat verib.
Hadisə axşam saatlarında Zaqatala şəhərinin Kür-Araz adlanan yaşayış massivində baş verib.
Zaqatala şəhər sakini Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözbarax kənd sakini, 2014-cü il təvəllüdlü Renad Afər oğlu Əliyevi vurub.
Uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.