Zaqatalada ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb. Bu barədə dekabrın 16-da DİN məlumat yayıb.
Məlumata görə, Əliabad qəsəbə sakini ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozub və yaşadığı ünvanı tərk edib. Onunla izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.