Zaqatalada 13 yaşlı oğlanı ilan sancıb. Bu barədə aprelin 12-də APA məlumat yayıb.
Hadisə rayonun Kəpənəkçi kəndində baş verib. Yeniyetmə yaşadığı evin həyətyanı sahəsində oynayarkən ilan qəfildən onu əlindən sancıb.
Ona lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulduqdan sonra evə buraxılıb.