Zaqatalada evdə yanğın olub. Bu barədə 26 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Rayonun Qımır kəndində ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr və dam örtüyü 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.