Zaqatalada iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb. Bu barədə APA 12 iyul tarixində xəbər verib.
Hadisə səhər saatlarında rayonun Zaqatala - Aşağı Tala avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəzadan sonra avtomobillərdən biri idarəetmədən çıxaraq, ərazidən axan çaya düşüb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini, 40 yaşlı Elçin Məmmədov və Aşağı Tala kənd sakini, 39 yaşlı Yaşar Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Hazırda yaralıların müayinəsi aparılır.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
[caption id="attachment_121728" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]