Zaqatalada bir evdə 15 gün ərzində iki dəfə yanğın olub. Bu barədə 10 avqust tarixində APA məlumat yayıb.
Bu gün səhər saatlarında rayonun Qımır kənd sakini Şərif Bayraməliyevə məxsus, ümumi sahəsi 240 kv/m olan, ikimərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin 30 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Ş. Bayraməliyevə məxsus evdə iyulun 26-da da yanğın qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.