Zaqatalada saxta COVID-19 pasportu satan həkimlərə cinayət işi açılıb. Bu barədə Report oktyabrın 5-də məlumat yayıb.
Rayonun Mərkəzi Xəstəxanasında vəzifəli şəxslərin vaksin vurulmadığı halda COVID-19 pasportunun verilməsi məlum olub.
Faktla bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başlanıb.
Analoji hal sentyabrın 29-da Ağstafada qeydə alınıb. Rayonun Mərkəzi Xəstəxanasında COVID pasportları satan bir neçə vəzifəli şəxs saxlanılıb.