2021-ci ildə Zaqatala rayonunda fındıq bağlarından 30 430 ton məhsul yığılıb. Bu da 2020-ci ilə nisbətən 15 647 ton çoxdur. Bu barədə 13 yanvar tarixində Zaqatala Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Rayonda son 5 ildə fındıq bağlarının sahəsi 2 dəfədən çox artıb və hazırda 20 187 hektara çatıb. Ötən il hər hektara olan məhsuldarlıq isə 18,9 sentner təşkil edib.