Zaqatala rayonunda güclü yağış müxtəlif fəsadlara yol açıb. Bu barədə 4 avqust tarixində Report məlumat verib.
Dünən axşam saatlarından davam edən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib.
Aramsız yağan leysan nəticəsində çaylarda suyun səviyyəsi artıb.
Güclü külək rayonun Fındıqlı kəndində ağacları və elektrik dirəklərini aşırıb. Yağış suları həyətlərə və təsərrüfatlara dolub.
[gallery link="file" size="full" ids="124481,124483,124482"]