Zaqatalada itkin düşən yerli turistlərin yeri müəyyənləşib. Bu barədə Report 24 iyul tarixində xəbər verib.
Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduğu yer müəyyən olunub.
Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Bundan əvvəl Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gedən 2 nəfər paytaxt sakininin meşəlik ərazidə azması barədə məlumat vermişdik.