Bugün, yanvarın 6-da Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən körpələr evi - uşaq bağçasında yanğın baş verib. Bu haqda APA məlumat verib.
Məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.
Səhər saat 07:50-də başlayan alovun söndürülməsinə FHN-in iki yanğınsöndürən maşını cəlb edilib.
Nəticədə ümumi sahəsi 220 kvadratmetr olan bağçanın yanar konstruksiyaları və içərisində olan sənəd və əşyalar yanıb.