Zaqatalada polis narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlayıb. Bu haqda fevralın 1-də DİN məlumat verib.
Saxlanılan şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə və məşğul olub. Həmçinin o, quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayıb.
Onun avtomobilində 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.
Yaşadığı ünvana da baxış keçirilib. Oradan 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.