Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs həbs edilib. Bu haqda martın 22-də Report məlumat yayıb.
Saxlanılan şəxs xarici ölkə vətəndaşıdır. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Həmçinin avtomobilindən daşıdığı külli miqdarda heroin və tiryək, eləcə də 200 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.