Zaqatala rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə martın 25-də rayon prokurorluğundan bildirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.