Zaqatalada qadın həyat yoldaşını bıçaqlayıb. Bu barədə aprelin 16-da APA məlumat yayıb.
Rayonun Qandax kənd sakini Səma Qurbanova ilə həyat yoldaşı Səməd Qurbanov arasında mübahisə baş verib. Mübahisə zamanı qadın 31 yaşlı həyat yoldaşının qoluna bıçaqla xəsarət yetirib. S.Qurbanova xəstəxanada yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.