İraqın Bəsrə bölgəsində Kərbəlaya ziyarətə gedən İran zəvvarlarını aparan avtobus qəzaya uğrayıb. Bu barədə Report 5 sentyabr tarixində xəbər verib.
Nəticədə 10 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bunu İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatların İdarəetmə və Koordinasiyası Mərkəzinin direktoru Hüseyn Derəxşən bildirib.
Onun sözlərinə görə, 2 avtomobil və bir yük maşını İran zəvvarlarını aparan avtobusla toqquşub.
Yaralılar İranın İraqla sərhədində yerləşən Şalamçe şəhərində hospitala yerləşdiriliblər.