Goranboyda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 19 sentyabr tarixində APA məlumat verib.
Rayonun Hazırəhmədli kənd sakininə məxsus 1 baş iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Xəyal İsmayılov və Altay Məmmədov vətəndaşın həyətyanı sahəsinə qeyri-qanuni yolla daxil olaraq, oradakı tövlədən dəyəri 1 000 manat olan iribuynuzlu mal-qaranı oğurlayıblar.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.