Gəncədə dilənçilər saxlanılıb, 10 nəfər cərimələnib. Bu haqda dekabrın 29-da Report məlumat verib.
Polis tərəfindən 11 nəfər saxlanılıb və idarəyə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 10 nəfər barəsində protokol tərtib edilib.
Daha sonra saxlanılanlar qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Faktla bağlı araşdırma davam edir.