Fövqəladə Hallar Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə apardığı yoxlamalar nəticəsində bu günədək 100-ə yaxın ictimai iaşə obyektində qaz balonlarından istifadə halları qeydə alınıb. Bu haqda mayın 10-da Report "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, obyektlərdə yoxlamalar davam etdiriləcək.
Paytaxtın ictimai-iaşə obyektlərində qaz balonları ilə bağlı monitorinqlərə aprelin 5-də başlanılıb. Yoxlamaların məqsədi gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.