Bakıda evlərdən 13 min manatlıq oğurluq edən şəxs saxlanılıb. Bu barədə mayın 19-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Oğurluq hadisələri Yasamal rayonunda baş verib. Aprelin 16-dan 20-dək olan müddətdə bir evdən 1 600 ABŞ dolları, 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zaur Şahverdizadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.