Yeniyetmə qız mayın 18-i saat 11:00 radələrində Bakının Nizami rayonu Keşlə qəsəbəsində itkin düşüb. Bu barədə mayın 19-da Baku Tv xəbər paylaşıb.
Məlumata görə, 15 yaşlı Sehri Muğurova kirayə yaşadığı evdən çörək almaq adı ilə çıxıb, lakin geri dönməyib.
Hadisə barədə onun anası Balakən rayon sakini G.Muğurova polisə müraciət edib.