Abşeron rayonunun Hökməli qəsəbəsində 16 yaşlı qızın boğazını kəsərək qətlə yetirən şəxs tutulub. Bu haqda Qafqazinfo xəbər yayıb.
H.Rəcəbovanı məscidin qarşısında qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. O, saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.
Araşdırmalar davam etdirilir.