Sosial şəbəkələrdə kütləvi kiber cinayət əməlləri törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq saxlanılıb. Bu haqda iyunun 17-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
O, “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı ilə 100-dən artıq vətəndaşa ziyan vurub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.
Sözügedən şəxsin əməllərindən zərərçəkən vətəndaşlardan “102” Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.