Lənkəranın Osaküçə kəndindəki istirahət mərkəzində 18 yaşlı gənc çayda boğulub. Bu barədə iyunun 15-də Report xəbər paylaşıb.
Masallı rayonu Mollaoba kəndinin orta məktəb məzunları istirahət üçün Lənkərana gediblər. Daha sonra gənclərdən biri ehtiyatsızlıqdan çaya düşüb. Ətrafda olan insanlar onu xilas edə bilməyiblər və mərhumun meyitini sudan çıxarıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.