Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. Bu barədə oktyabrın 22-də Şahmat Federasiyasından məlumat verilib.
X turda qızlar arasında yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıblar. Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib.
O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.